Əlaqə Arxiv
news Image
2012.07.12
16:00
| A A A
"iPhone 5" Çində artıq satışa təqdim edildi
Movqe.Az bildirir ki, Hələ xüsusiyyətləri, qiyməti və nə vaxt çıxacağı açıqlanmamış olan "iPhone 5" Çindəki satış saytlarında artıq təqdim edilib. "Apple" yeni "iPhone" sonra "iPhone 5" üçün işlərini tamamlamamış Çin saytlarında artıq iPhone 5-i satışa qoyulub.

"Taobao" adlı onlayn alış-veriş saytı nə vaxt çıxacağı naməlum olan "iPhone 5"-i sifariş etmək üçün səhifədə yerləşdirib. Üstəlik məhsul xüsusiyyətləri və məhsulun "şəkli" belə əlavə edilib.

"iPhone 5"-in vqust-Sentyabr ayları arasında çıxacağı təxmin edilir. Telefonun köhnə modellərə görə daha böyük bir ekrana sahib olması gözlənilir.

Bütün bu məlumatlar "iPhone 5"-İn "Taobao" adlı alış-veriş saytındakı satış səhifəsində yerləşdirilib.

"Taobao" "iPhone 5" sifarişlərində sabit bir qiymət olmadığından məhsula 160 dollarlıq depozit əlavə edib. Yəni 160 dolları indi ödəyirsiniz, məhsul çıxdığında da qiymətin qalan hissəsini ödəyərək telefonu ala bilirsiniz.

iPhone 5-i səhifəyə qoyan heç bir alış-veriş saytı qəti təslim tarixi söyləmir.

"Apple" hələ də məhsulun xüsusiyyətlərini təsdiq etməyib. Təfərrüatlar və qiymət üçün də qeyri-müəyyənlik davam edir.

Sizin Reklam Yeriniz