Əlaqə Arxiv
news Image
2014.09.02
14:26
| A A A
Bu ölkədə ev tağşırığı etmək qadağandır!

Kanadanın Quebec əyalətinə aid Saugenay şəhərindəki bir məktəbdə, şagirdlərə ev tapşırığı verilməsi qadağan edilib. 


Movqe.Az xəbər verir ki, Saugenayın Jonquiere Xalq Məktəbləri Rəhbərliyi, başlatdıqları bir pilot layihənin nəticələrini görmək üçün College de Saint-Ambrose adlı məktəbin ibtidai məktəb 1-ci sinifindən 6-cı sinfinə qədər olan  339 şagirdə bir il müddətində ev tapşırığı verilməməsini qərarlaşdırıb. 


Jonquiere Xalq Məktəbləri Rəhbərliyi nümayəndəsi Marie-Eve Desrosiers, qadağanın nəticələrinin, sxolastik inkişafa kömək olub-olmayacağını görmək istədiklərini və işin sonunda Məclisə bir qərar verəcəyini açıqlayıb. 


Spiker, qadağanın yalnız ev tapşırığı ilə məhdud olduğunu, oxuma və dərs işi mövzularında mövcud sistemdə bir dəyişiklik edilmədiyini xatırladıb. 



Sizin Reklam Yeriniz