news Image
2014.09.03
08:15
| A A A
İnformasiya ötürüməyin yeni üsulu kəşf edilib

Beyin dalğalarının sayılması texnologiyası yeni inkişaf mərhələsinə daxil olub. Hindistandan olan alim informasiyanı "fikrinin gücü" ilə Fransadakı həmkarına ötürüb. Bu, faktiki olaraq, beyindən-beyinə birbaşa ötürülən informasiya mübadiləsi ilə bağlı ilk hadisə olub.

Alimlər elektroensefaloqram texnologiyası vasitəsilə fikirləri beyindəki impulslarla müqayisə ediblər. Əgər əvvəllər insan tərəfindən verilən informasiya siqnalları qadjetə göndərilirdisə, son tədqiqatın gedişində başqa bir adamın məlumatlarını ötürmə prosesinə qoşmaq qərara alınıb.

Eksperiment aşağıdakı qaydada keçib: Tiruvanantapuramdan olan könüllü salam kimi mental məlumatı Strasburqda olan başqa bir iştirakçıya göndərib. Orada kompüter salamın şifrəsini açıb və bundan sonra elektrik stimulyasiya vasitəsilə alınmış fikirləri beyninə ötürücü implantasiya edilmiş ikinci iştirakçıya çatdırıb. Məlumat alıcının nəzər nöqtəsinin küncündə işıq parıltısı şəklində qeydə alınıb. Işıq parıltısının ardıcıllığı ünvan sahibinə alınmış informasiyanın şifrəsini açmağa imkan verib. Sonra ikinci eksperiment keçirilib və orada analoji məlumat İspaniyadan Fransaya ötürülüb.

Beyin dalğaları texnologiyası "fikrin gücü ilə" adi kompüter simulyatorlarından tutmuş hərbi texnikanın idarə edilməsinə kimi ən müxtəlif sahələrdə aktiv şəkildə istifadə olunur.