news Image
2012.07.13
12:58
| A A A
Bugün çoxlarını qorxudur-Cümə günü , ayın 13-ü



Orta əsrlərdə insanların qara pişik haqqında  inancları

Movqe.Az oxucularına orta əsrlərdə insanların qara pişik haqqında olan  inancları haqqında məlumat verir.Qara pişik cümə günü , ayın 13 tarixinin bir əlaməti kimi qəbul olunurdu.

Hələ qədim zamanlarda bir çox cadugər qadınların qara pişikləri olmalı idi. İnanclara görə, qara pişiklər insanlara yalnız bədbəxtlik gətirir, lakin bəziləri bunun əksini düşünürdü. 1871-ci ildə Londonda keçirilən pişik sərgisində qara pişiklərə çox az rast gəlinirdi. Pişiklərin çoxusu ala-bula,ayaqları ağ rəngdə idi.

Avropaya pişikləri ən çox finlər gətirirdi. Bu zil qara pişiklərin dərisindən kürklər hazırlanırdı. Bu insanlar peşəkar ovçular idi. Orta əsrlərin mənbələrinin məlumatına görə, Fransada kiçik bir şəhərdə 962 pişik öldürülmüşdü.


 Qara pişik qaranlıq otaqda

İnanclara görə, qara pişik bədbəxlik gətirir. İnanclara görə, əgər qara pişik xəstə yatan insanın otağına girərsə, xəstə tezliklə vəfat edəcək. Əgər kimsə yuxusunda qara pişik görərsə, o, xəstələnəcək. 

Şotlandların fikrincə, isə zil qara pişik insanların planlarını reallaşdırmağa kömək edir.


Böyük Britaniyada isə ele hesab edirdilər ki, əgər qara pişik təzə evlənən bəy və gəlinin yanında asqırarsa, bu evlilik möhkəm və uzunömürlü olacaq.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs