news Image
2012.07.13
17:22
| A A A
Facebook ağıllı telefonu üçün yeni bir dizayn

Movqe.Az xəbər verir ki, "Facebook" markasından olan ağıllı telefonun necə bir görünüşə sahib olacağı hələ bilinmir. Dizaynerlər isə telefonun şəkillərini  internetə qoyaraq  diqqət çəkməyə çalışırlar.

"Facebook" fiyasko halına dönən müddət ərzindən qısa bir zaman sonra öz ağıllı telefonunu çıxarmaq üçün qolları çırmamışdı.

İstifadəçilərinin mobil cihaz asılılığının sürətlə artmasını görən və reklam gəlirlərini bu cihazlara fokuslamaq üçün hərəkətə keçən "Facebook", may ayında "iPhone" və "iPad" proyektlərində iştirak etmiş Apple mühəndislərini transfer etmişdi.

Bir çox analitiklər tərəfindən yeni məzmunlar təqdim etmək yerinə daha böyük layihələrin reallaşdırılmasının lazım olduğu bildirilən "Facebook" mobil cihaz sahəsindəki nüfuzunu artırması istiqamətindəki rəqabətə dözə bilmir.

Ağıllı telefon istehsalçısı HTC ilə əməkdaşlıq edəcəyi açıqlanan "Facebook" Çin şirkətinin çıxaracağı və 2012-ci ilin sonlarına doğru bazara daxil olması gözlənilən telefonun neyə bənzəyəcəyi haqqında heç bir şərh verilməyib.

Bir çox dizaynerlər bu vəziyyətdən fayda verməyə çalışaraq, öz şəkillərini internetə qoyur və "Facebook"un marağını çəkməyə çalışır. Polşalı dizayner Miçal Bonikovskinin şəkili isə həqiqətən diqqət çəkicidir.

"Facebook" Bonikovskinin dizaynına bənzər bir telefon çıxarsa, gözlədiyindən daha yaxşı satış rəqəmlərinə nail ola bilər.






Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs