Əlaqə Arxiv
news Image
2014.09.07
15:00
| A A A
Dəfnə yarpağı və faydaları

Dəfnə yarpağı çeynəndikdə ağız qoxusu və yaralar üçün faydalıdır.

Movqe.az xəbər verir ki , diş ağrısını azaltmaq üçün 2-3 yarpağı sirkədə qaynadıb qarqara etmək lazımdır.

Günəşdə qurudulmuş meyvə və yarpağın tozu zəhərli heyvan dişləməsi,arı sancmasında xeyirlidi.

Bir ovuc dəfnə yarpağı bir vanna qaynar suya atılır,mülayimləşdikdən sonra içində oturaraq duş qəbul etdikdə soyuqdəymə səbəbi ilə əmələ gələn hər növ ağrılara,xanımlarda adət zamanı yaranan sancılarda və bəsit vajinal axıntılarda faydalıdır.

Yağı revmatizma üçün faydalıdır.

10 qram toxumu balla məcun hazırlayıb qaşıq qaşıq yeyildikdə baş ağrısı və revmatizmaya faydalıdır.

Həzm etdirici və yuxu üçün 3 stəkan suya 2 yarpaq qoyulub 3 dəqiqə qaynadılır.Axşam yeməyindən sonra 1 fincan içilir.

1-2 ədəd təzə dəfnə yarpağını lobya,noxud,mərcimək,düyü kimi quru yeyəcəklərin içinə qoyduqda onların qurtlanmasının qarşısını alar.

Doğuşu asanlaşdırır.Lakin hamilələrə qadağandır,son 1 həftədə istifadə oluna bilər.

Ət və balıq yeməklərinə ləzzət verər.

 

Sizin Reklam Yeriniz