Əlaqə Arxiv
news Image
2014.09.08
15:15
| A A A
Qiyamət gününə az qalıb

Movqe.az xəbər verir ki,  məşhur ingilis fizik Professor Stefen Havking, 2012-ci ildə İsveçrədəki Cern Avropa Nüvə Araşdırma Mərkəzində kəşf olunan Higgs Bozonunun kainatı yox etmə potensialına sahib olduğunu açıqlayıb. 


Gələn ay bazara çıxacaq "Starmus" adlı yeni kitabının ön sözündə mövzuya toxunan Havking, çox yüksək enerji səviyyələrinə çatdıqda Higgsin qəfil nəzarətini itirib dəhşətli vakum pozulmasına səbəb ola biləcəyini, bu vəziyyətin  kosmos və zamanın çökməsinə gətirib çıxaracağını iddia edib.


Kembric təhsilli Higs bozonunun yüksək enerji səviyyələrində tarazsızlaşdığını və kainatı yox etmə potensialının olduğunu söyləyib. 

Starmus adlı yeni kitabının ön sözündə "Higgs potensialının, 100 milyard giga elektron voltdan (GeV)daha çox enerji səviyyəsində həddindən artıq balanssız ola bilməsi pis vəziyyətdir" deyib. 


Higgs bozonu 2012-ci ildə elm adamları tərəfindən, dünyanın ən böyük  fizika laboratoriyası, CERN-də kəşf edilib. 'Tanrı hissəciyi" olaraq bilinən "Giggs bozunu"; iki proton şüasına, zidd istiqamətlərdə sürət verərək toqquşdurulması nəticəsində əldə edilib. İngilis fizikaçı Peter Higgsin 1964-cü ildə bu hissəciyin varlığınıbilməsilə kəşfə onun adı verilib. 




Sizin Reklam Yeriniz