Əlaqə Arxiv
news Image
2014.09.09
11:49
| A A A
Obama çox peşmandır

Obama, son dövrdə gündəmə gələn qolf tənqidlərinə cavab verib, peşmanlığını dilə gətirib. 

ABŞ prezidenti Barak Obama, ABŞ-lı jurnalist Ceyms Foleynin İŞİD tərəfindən öldürülməsindən  qısa bir müddət sonra qolf oynamağa gedərək diqqət çəkmişdi. Obama, tənqidlərin haqlı olduğunu bildirib. Movqe.az xəbər verir ki, ABŞ-lı jurnalist Foleynin İraq Şam İslam Dövləti xadimləri tərəfindən başı kəsilərək edam edilməsindən sonra qolf oynamağa gedən və kameralara xoşbəxt görüntülər verən Obama, səhv qərar verdiyini söyləyib. 


"Telegraph"ın xəbərinə görə, ABŞ prezidenti etdiyi şərhdə, "Foleynin ailəsiylə danışdıqdan sonra, etdiyim açıqlamanın ardınca qolf oynamağa gedəndə diqqət çəkəcəyimi bilməliydim" ifadələrini işlədib.

Sizin Reklam Yeriniz