Əlaqə Arxiv
news Image
2014.09.10
08:46
| A A A
İnsan həyatı üçün ən böyük təhlükə nədir?

Insan həyatı üçün ən böyük təhlükənin nə olduğu müəyyən edilib. 2013-cü ildə çirkli hava və xəstəliklər nəticəsində ölənlərin sayı 6 milyon nəfərdən artıq olub. Bu göstərici, əsasən, üçüncü dünya və Cənub-Şərqi Asiya ölkələrinə aiddir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Hindistan və Çində xüsusilə təhlükəli hava çirklənməsi öz pik nöqtəsinə çatıb. ÜST ekspertləri hesab edirlər ki, bu ölkələrin yerli hakimiyyət orqanları ətraf mühitin mühafizəsi üzrə effektiv fəaliyyət göstərə bilmirlər.

Ümumdünya Səhiyyə Təşkilatının keçirdiyi tədqiqatın nəıticələrinə görə, ötən il Pekində havanın keyfiyyəti çirklənmənin böhranlı həddinə çatıb. Bu səviyyə o qədər yüksək olub ki, ekspertlər uşaq və yaşlılara öz mənzillərini tərk etməməyi məsləhət biliblər.

Sizin Reklam Yeriniz