Əlaqə Arxiv
news Image
2014.09.10
08:58
| A A A
Biosüni qara ciyər hazırlanıb

Rusiyalı alimlər transplantasiya zamanı zədələnmiş qara ciyərin, praktiki olaraq, bütün funksiyalarının bərpa olunduğu biosüni qara ciyər hazırlaya biliblər.

Laboratoriya heyvanları üzərində keçirilmiş eksperimentlər çox gözəl nəticə göstərib. Bu hüceyrə-mühəndis konstruksiyasının tətbiqindən bir il sonra heç bir heyvan ölməyib.

Bildirilir ki, ilik, qara ciyər və xüsusi matrikslər əsasında hazırlanmış biosüni qara ciyər qara ciyərin toxumasına və ya nazik bağırsağın mezenteriumuna (bağırsaqları qarın boşluğunun dal divarına bağlayan periton büküşü) implantasiya olunur. Bundan sonra toxuma mühəndislik konstruksiyası formalaşır, yəni, mahiyyət etibarilə, "yeni" qara ciyər regenerasiya olunur.

Gözlənilir ki, yeni metodika qara ciyər xəstəliklərindən əziyyət çəkən çox insanların həyatını xilas edəcək.

Sizin Reklam Yeriniz