news Image
2014.09.10
08:09
| A A A
DARPA-nın tam yeni tankları

DARPA-nın yeni Ground X-Vehicle Technology (GXV-T) layihəsinin məqsədi az zirehli, lakin müasir modellərdən daha sürətli və mütəhərrik olan yeni tanklar hazırlamaqdır.Biz tələsmədən döyüş sahəsi üzrə hərəkət edən tank nümunələrini görməyə vərdiş etmişik, buna görə də mərmilərdən yayınma qabiliyyətinə malik olan yeni zirehli maşınları təsəvvür etmək o qədər də asan deyildir. DARPA bu günlərdə öz yeni tanklarının ona tərəf atılan mərmilərdən necə yayındığını nümayiş etdirən konsept-video buraxıb. Nümayişdən məlum olur ki, bu tanklar onlara tərəf uçan mərmini "hiss edən" kimi aşağı otura və sürətlə ondan yayına bilir. Agentlik yeni tankların hazırlanması ilə yaxın iki ildə məşğul olmaq niyyətindədir.