news Image
2014.09.10
08:11
| A A A
Ozon dəliyi qaydasına düşür
Amma hər şey hələ normada deyil

Yerdə dəniz səviyyəsindən 20 mildən (bir coğrafi mil 7420 metr təşkil edir) artıq hündürlükdə planetimizi Günəşdən gələn ultrabənövşəyi şüaları udan ozon təbəqəsi əhatə edir. Bu, mahiyyətcə, Yer planetinin günəşdənmühafizə kremi rolunu oynayır. Biz ozon təbəqəsi olmadan hər gün təhlükəli radiasiyaya məruz qalardıq, bu isə kataraktadan tutmuş xərçəng xəstəliyinə kimi əlavə effektlərə gətirib çıxarardı.

İnsanlar 1980-ci illərdə kimyəvi maddələrin atmosferə düşərək bu təbəqəni dağıtması ilə bağlı məlum səbəblərə görə narahat olurdular. Onda ayrı-ayrı ölkələrin hakim dairələri tez bir vaxtda ozondağıdıcı qazları qadağan edən "Monreal protokolu" adlı beynəlxalq müqavilə qəbul etdilər. 1987-ci il sentyabrın 16-da ilk 24 ölkə, sonralar isə 173-dən çox ölkə bununla bağlı müqavilə imzaladılar.

27 ildən sonra ozon dəliyi, deyəsən, qaydasına düşməyə başlayır. Birləşmiş Millətlər Təşkilatında etiraf ediblər ki, "Monreal protokolu" "BMT tarixində ən uğurlu müqavilə"dir. Bununla belə, Monrealdakı uğura baxmayaraq, heç də hər şey fikirləşdildiyi kimi sürətlə davam etmir.NASA alimlərinin yeni tədqiqatı göstərir ki, ozon təbəqəsində ozondağıdıcı tetraxlormetan (CCl4) hələ də həddən çoxdur.Sin Lyan başda olmaqla bir qrup alimin keçirdiyi tədqiqat göstərib ki, CCl4-ün tullantısı ildə, orta hesabla, 39 kiloton təşkil edir, bu isə, beynəlxalq müqavilənin qüvvəyə minməsinə qədər olan tullantıların pik miqdarının təqribən 30 faizi qədərdir.1980-ci illərdə xlorftorkarbonlar (XFK) geniş ictimaiyyətə məlum oldu. Və ozon təbəqəsi genişlənən vaxtdan "XFK" adı mənfi mənada işlənməyə başladı. Buna qədər isə, insanların az hissəsi kimyəvi təmizləmə və yanğınsöndürücü işlərdə istifadə edilən CCl4 haqqında eşitmişdilər."Monreal protokolu" imzalandıqdan sonra CCl4 birləşməsinin miqdarı gözlənildiyi kimi sürətlə azalmır. Tullantıların sıfır səviyyəsi ilə onun miqdarı ildə 4% azalmalıdır. Ancaq azalma ildə 1 faizə yaxındır.

Uyğunsuzluğun araşdırılması üçün Lyan və həmkarları CCl4 haqqında NOAA (Milli Okean və Atmosfer Adminstrasiyası) və NASA tərəfindən toplanmış məlumatları götürərək onları NASA-nın 3-D GEOS Chemistry Climate Model kompüter proqramına daxil ediblər. Modelləşdirmənin nəticələri müəyyən olunmamış və davam etməkdə olan CCl4 mənbəyinin olduğunu göstərir. "İndi aydındır ki, ya çirklənmiş sahələrdən buxarlanan naməlum sənaye sızıntıları, ya da naməlum CCl4 mənbələri vardır"- Lyan bildirib.