news Image
2012.07.14
11:33
| A A A
Banandakı genlərin sayı insandakından çoxdur

Movqe.az xəbər verir ki, Fransız genetika mütəxəssisləri bananın atası olaraq bilinən və Asiyada yetişdirilən "Musa acuminata" nın gen xəritəsini çıxarmağı bacarıb. Bananda 36 min 500-dən çox gen olduğunu ifadə edən mütəxəssislər bu ədədin insan DNA-dən 14 min dəfə çox olduğunu vurğulayıb. Nature jurnalında yer alan məqaləyə görə, əldə edilən məlumatlar bu' "primitiv'' bananın bilinən halına gələnə qədər keçən müddəti haqqında çox qiymətli məlumatlar ehtiva edir. Genetik kodların həll edilməsi sayəsində banan istehsalının artacağına işarə edən mütəxəssislər, gələcəkdə təzə, daha ləzzətli və daha dayanıqlı banan növləri yetişdirmənin asan olacağını bildirib. Mütəxəssislər bəzi banan növlərinin göbələk və həşəratlara qarşı daha dayanıqlı olduğunu, bunun səbəbini isə genlərin köməyiylə tapacaqlarına ümüd etdiyini deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs