news Image
2014.09.10
16:05
| A A A
Çılpaq avtomobil oğrusu həbs edildi

Avtomobil soyğunçusu məqsədinə çata bilmədikdə soyunub qaçmağa cəhd edib. Avstraliyanın Perth şəhərində bir nəfər əlindəki böyük bir çubuqla 3 avtomobili soymağa cəhd edib. Müvəffəqiyyətli ola bilmədikdə lüm-lüt soyunub qaçmağa çalışıb. 


Movqe.az xəbər verir ki, 26 yaşındakı təcavüzkarın qeyri-adi metodu əvvəl işə yarayıb. Yol kənarında hərəkət etməyə çalışan bir yük maşınına kolluqların arasından çıxaraq hücum edib. 


Bu vaxt yoldan keçən bir qadın, kömək etmək üçün dayanıb, bu dəfə də təcavüzkar qadına hücum etməyə başlayıb. Fil Ferraro adlı hadisə şahidinin ifadəsinə görə oğru qadının sürüyərək avtomibilini oğurlamağa çalışıb. Lakin Ferraro və yük maşını sürücüsü oğrunu qadından uzaqlaşdıra bilib.


Ələ keçiriləcəyini anlayan təcavüzkar isə bu dəfə çarəni lüm-lüt soyunaraq qaçmaqda tapıb.


Polisə təslim edilən təcavüzkarın bir nəfərin həyatını, sağlamlığını və təhlükəsizliyini pozması səbəbiylə bu ay ərzində hakim qarşısına çıxarılması gözlənilir.