news Image
2014.09.12
07:45
| A A A
Tezliklə enerjisi heç vaxt boşalmayan smartfon hazır olacaq

Yeni aparat daxili yüklənmə sisteminə malikdir və xarici yükləməyə ehtiyac duymur Indiki smartfonlar nə qədər güclü, gözəl və ya möcüzəli olsa da, biz həmişə onun enerjisinin qurtaracağından narahat oluruq. Bu problemi aradan qaldırmaq üçün Viro- yeni startap, bəyan edib ki, bərpaolunan enerji ilə işləyən smartfon hazırlaya bilib, buna görə də onda heç vaxt enerji boşalmır. Əgər, doğrudan da, belədirsə və bu cür məhsul bazara çıxarılacaqsa, onda bu, istehlak elektronikasında əsl inqilab olacaq.

Yeni aparatın anonsu oktyabrın 1-də təqdim ediləcək, amma indi onun haqqında müyyən məlumtlar vardır. Smartfonun əsasını Qualcomm Snapdragon 810 prosessoru təşkil edir. Daxili yüklənmə sistemindən başqa, onda, heç də, pis olmayan 20.7 meqapiksellik Sony linzaları təchiz edilmiş arxa və 8 meqapiksellik ön kameralar vardır.

Smartfon su keçirməyəcək və onun səthində görünən hissələr olmyacaq. Onda həmçinin 5.21 düyməlik Full HD displeyi də olacaq. Displey Native Damage Resistance (NDR) texnologiyalı Gorilla Glass 3-lə örtüləcək. Smartfon üçün maraqlı olan odur ki, o, qrafik çipi söndürən sistemə malikdir, bu isə devaysın enerji sərfini kifyət qədər azaldır.

Smartfon Android OS sistemində işləyəcək və bərpaolunn enerjinin üç müxtəlif mənbəyi ilə təmin olunacaq, buna görə də onda xarici yükləmə vasitəsindən istifadə edilməyəcək. Yeni smartfon haqqında digər təfsilatlar cari il oktyabrın 1-də məlum olacaq.