Əlaqə Arxiv
news Image
2014.09.12
12:03
| A A A
500 min insan "müstəqillik" dedi

Son iki ildir müstəqillik tərəfdarı cəhdlərin artdığı Katalonya bölgəsində, bu gün yenə minlərlə insan küçəyə axın edərək "müstəqillik" deyə qışqırıb. 


Movqe.az xəbər verir ki, katalonyada müstəqillik tərəfdarı sosial hərəkatları təşkil edən Katalonya Milli Assambleyası (ANC) və "Omnium Cultural" adlı qeyri-hökumət təşkilatlarının çağırışıyla Barselonanın iki böyük bulvarında, "Victoria, votar" sözlərinə istinadən "V" hərfində insan mozaikası yaradılıb . 500 mindən çox iştirakın olduğu nümayişdə, İspan dövlətinə "səs istifadə etmək istəyirik" yazılı plakatlarıyla mesaj göndərilib. Minlərlə insan marşlar oxuyaraq və əllərindəki Katalan bayraqlarını yelləyərək səslərini eşitdirməyə çalışıb. Bütün Katalonyada müstəqillik tələbiylə əlaqəli 50-ə qədər nümayiş təşkil edilib. Bu fəaliyyətlərdə konsertlər, danışıqlar təşkil olunub, nümayişlər zamanı Kataloniyalıların məşhur insan qüllələri yaradılıb. Keçən il eyni şəkildə Katalonyanın bütün şəhərlərində insan zənciri yaradılaraq "müstəqillik" tələb edilmişdi.

Sizin Reklam Yeriniz