news Image
2014.09.13
08:05
| A A A
Apokalipsisdən necə xilas olmaq mümkündür?

Son illər aktiv şəkildə müzakirə edilən mövzulardan biri kataklizmlərdən necə xilas olmaqla bağlıdır. Müxtəlif proqnozçular xəbərdarlıq edir ki, Yerdə fəlakətlərin sayı ildən-ilə artacaq. Bu məsələ ilə ixtiraçılar da maraqlanırlar. Və budur, arxitektorlar müxtəlif fəlakətlərdən xilas yolu kimi bu cür hadisələrdən uzaqlaşmaq üçün ev-təkərlər təklif ediblər.

Insanlar bütün zamanlarda müxtəlif təbii kataklizmlərdən əziyyət çəkiblər. Amma əvvəllər istənilən yeniliyi dərhal yaya bilən elektron KİV olmayıb. Buna görə də, adama elə gəlir ki, kataklizmlər gündən-günə çoxalır və dünynın sonu artıq lap yaxındadır. Əvvəllər tufan və quraqlıqlar Tanrı cəzası kimi dərk edilirdi. Indi də... bəli, insanlar Tanrıya, sanki, əvvəlki kimi inanırlar, lakin səmadan gələn cəzalardan bütün mümkün üsullarla müdafiə olunmağa çalışırlar.

Ən sadə, amma ucuz olmayan vasitə özünə yeraltı sığınacaq tikmək (və ya artıq tikilmiş sığınacaqda yer almaq) və orada fövqəladə hallar zamanı (bu, atom müharibəsi, nəhəng bolidin yerə düşməsi, dünya daşqını və ya supervulkanın oyanması ola bilər) sığınmaq olar. Doğrudur, bu zaman sənin orada nə qədər oturmalı olacağını və oradan çıxandan sonra yerin üzərində nə görəcəyini düzgün hesabıamaq lazımdır. Yəni fəlakət sənin düşündüyün qədər qlobal olmaya da bilər. Ona görə də bu gün insanlara xilas olmaq üçün mobil üsullar təklif edirlər.

Məsələn, polşalı arxitektorlar Damyan və Rafal Pşibıllar özlərinin qeyri-adi "Köçən göydələn" ev layihəsini təklif ediblər. Onun mahiyyəti nədən ibarətdir? Layihəyə görə, bu, nəhəng təkərin çənbərində inşa edilmiş üçmərtəbəli yaşayış evidir. Yəni bu, bioynacaqla işləyən mühərrikli nəhəng monosikldir. Yanacağı evin sakinləri tədarük edir, çünki evdə ferma, quş damı, bostan, istixana, bir sözlə, orada evin sakinlərinin ərzağa ehtiyac duymaması və ya bunu minimum şəkildə az hiss etməsi üçün hər şey nəzərdə tutulub.

Su təminatı suyun təmizlənməsi hesabına və ondan bir neçə dəfə istifadə etməklə həyat keçirilir. Ən təmiz su içmək və yemək bişirmək üçün istifadə edilir. Çirklənmiş (və sonra təmizlənmiş su) bağ-bostanın suvarılması, həmçinin kanalizasiya ehtiyacı üçün verildikdən sonra toplanır və təmizlənir, bərk tullantılar isə gübrə kimi istifadə olunur.

Bu ev-təkər, sadəcə olaraq, istənilən maneəni keçir və "hara sakitdirsə", oraya tərəf hərəkət edir. Bu cür evləri dislokasiya yerində bir-birinin üzərinə kölgənin düşməməsi üçün ya çobanyastığı, ya da şahmat şəklində bir-iki sırada inşa etmək olar. Hərəkət zamanı dönmə ağırlıq mərkəzinin dəyişməsi ilə yerinə yetirilir. Bundan başqa, iki təkərdən ibarət olan kəsikli rezin örtüklü çənbər də düzəltməyi təklif etmək olar. Belə olan təqdirdə o, tank kimi bir yerdə dövr edə bilir.

Bununla belə, kataklizm və ya terrorizmdən xilas olmaq istəyən bir ailə üçün olan üçmərtəbəli ev çox gözəl olsa da, ev çox kiçikdir. Elə təkər təklif etmək lazım idi ki, onun içərisinə 1000 sakindən ibarət 10-15 mərtəbəli ev yerləşə biləydi- belə olan halda, o, həqiqətən köç edən göydələn olardı. Onun keçmə qabiliyyəti isə fenomenal olar, çünki bu cür ev artıq şossedə yox, birbaşa meşə və ya çöllərdə hərəkət edəcək.

Bundan başqa, qrafen əsasında çox yüngül, lakin çox möhkəm materiallar hazırlamağa imkan verən müasir elmin nailiyyətləri bizə daha fantastik layihələrin ortaya qoyulması və həyata keçirilməsini vəd edir.

Həmçinin məlumdur ki, ötən əsrdə dünyanı dövr edən və uzunluğu 236 m, faydalı yükü isə 25 ton olan "Qraf Seppelin" dirijablı tikilib. Sərnişinlər orada 10 ikiyerlik yataq yerləri ilə təchiz edilmiş kayutlarda yerləşib. Sərnişin bölməsinin ön hissəsində eyni vaxtda 28 adamın yerləşdiyi, sahəsi 25 kv.m olan geniş kayut olub. Kayut və salonun maili pəncərələri əla mənzərə və işıqlanmanı təmin edib.

Mətbəx bir neçə gün ərzində 50-dən çox adama yüksək xidmət göstərmək üçün nəzərdə tutulub. Bundan başqa, poçt, əl-üz yumaq üçün otaqlar və alüminumdan hazırlanmış royal da olub. Dirijablın bortunda siqaret çəkmək təhlükəli idi, çünki qaldırcı qaz kimi onda partlayış təhlükəsi yaradan hidrogendən istifadə olunub. Amma siqaret çəkənlər üçün metaldan üz vurulmuş ventilyasiyalı xüsusi otaq hazırlanıb. Mahiyyətcə, bu, "səma oteli" və eyni zamanda bir çox fəlakətlər üzrə hazır mobil sığınacaq olub. Bununla belə, dirijablın çox böyük yelkəni, yanğına qarşı təhlükəli olması və aerodrom olmadan enə bilməməsi bu cür aparatları potensial mobil sığınacaqlar sırasından çıxarır.