news Image
2014.09.13
08:17
| A A A
Kosmik aparat qarşıya qoyulmuş hədəfə çatdı

Amerikanın "Curiosity" kosmik aparatı uğurla qarşıya qoyulmuş hədəfə çatıb. Son məlumatlara görə, o, Marsın səthində nəzərdə tutulmuş yerə gəlib.

Xatırladaq ki, NASA-nın mütəxəssislər qrupu tərəfindən hazırlanan aparat Qırmızı planetdəki Eolid dağlarına çataraq, orada tədqiqat işləri aparmalıdır.

Yaxın günlərdə əgər hər şey uğurlu gedərsə, aparat qazma işlərinə başlayacaq. Bu barədə məlumat dünən NASA-dan verilib.

Qeyd edək ki, Amerika kosmik aparatı artıq iki ildən çoxdur ki, Marsın səthinə çatıb. O vaxt onun əsas məqsədi sonralar strukturun və kimyəvi tərkibin daha dəqiq müəyyən edilməsi üçün süxur nümunələri götürməkdən ibarət olub.

Yuxarıda sözügedən yeni tapşırığın yerinə yetirilməsinə isə, gələn həftənin əvvəlindən başlanacaq.

Mütəxəssislər tərəfindən jurnalistlərə təqdim olunmuş son məlumatlara əsasən, aparat yaxın vaxtlarda relyefin topoqrafik tədqiqini keçirəcək və bundan sonra onun yeni vəzifəsi bilavasitə qazma mərhələsindən əvvəl analiz aparmaq məqsədilə Mars süxuru nümunəsini toplamaq olacaq.