Əlaqə Arxiv
news Image
2014.09.16
09:04
| A A A
Beyinciksiz qadın
Həkimlər heyrət içərisindədir: qadın beynin çox mühüm hissəsi olmadan necə yaşayır

Beyincik beynində nəyinsə çatışmadığına heç bir şübhəsi olmadan 24 il yaşamış çinli qadında olmayıb. Bu çatışmazlığı onun baş gicəllənməsindən şikayətlə müraciət etdiyi həkimlər aşkar ediblər. O yeriyən zaman yırğalanır- sanki "dəniz xəstəliyi" başlayır. Pasient qadının anası məlumat verib ki, qız gec yeriməyə başlayıb- 7 yaşında, 6 yaşında isə normal danışıb. Həkimlər qadını kompüter tomoqrafiyasından keçiriblər. Skanirələşdirmə göstərib ki, onda beyincik yoxdur. Və görünür, heç vaxt olmayıb. Onun yerləşməli yer boş olub.

Vverxu: vmesto mozjeçka - pustoe mesto. Vnizu: tak vıqlədit normalğnıy mozjeçok na svoem meste. 

Beyincik baş beynin mühüm nahiyəsidir. Öz forma və strukturuna görə baş beyni xatırladır. Yarımkürəciklərin altında yerləşir. Beynin bu şöbəsini hətta kiçik beyin də adlandırırlar. O, hərəkətin koordinasiyası, tarazlıq hissi, əzələ tonusuna cavabdehdir. Insan azacıq beyincik zədələnməsi ilə sərxoş adamlar və ya gəminin göyərtəsində güclü yırğalanmaya məruz qalmış dənizçi kimi yeriyir. Barmağını göstərilən nöqtəyə qoya bilmir.

Güclü zədələnmə zamanı insan nəinki təkcə yeriyə və dura bilmir, həmçinin otura da bilmir. Ümumiyyətlə isə, beyincik olmadan yaşamaq, sadəcə, mümkün deyildir. Bu, xüsusilə də qadınlarda heç alınmır.

Mütəxəssislər güman edirlər ki, çinli qadınla baş vermiş hadisə fenomenal hadisədir. Və beynin zədələnmiş və mövcud olmayan başqa nahiyələrini də yenidən quraraq onlarla birlikdə hansısa müəmmalı yolla öz fəaliyyətinin uyğunlaşma möcüzəsini nümayiş etdirir.Beynin hansı hissəsinin beyincik funksiyasını öz üzərinə götürdüyünü anlamaq üçün qadın üzərində tədqiqatı davam etdirirlər. Çox yəqin ki, bu, beyin qabığıdır.

Ola bilər ki, qadınların beyni elədir ki, onlar özlərində hansısa bir nahiyənin yoxluğunu hiss etmirlər.

Güclü cinsin nümayəndələri bu mənada daha maraqlıdır. Bu günlərdə Fransada beynindən çox az bir hissə- kəllə sümüyünə bitişən nazik təbəqə qalan 44 yaşında bir kişi müayinə edilib. Onun beyninin digər hissələri maye ilə dolu olub."Onun beyninin təqribən dörddə üç hissəsi yoxdur"- Aralıq dənizi Universitetindən (Fransa) olan nevroloq Layonell Filet təəcübünü bildirib. Bu halda da çatışmazlıq təsadüfən- o, sol ayağındakı zəiflik zəbəbindən poliklinikaya gələn vaxt məlum olub. Və görüblər ki, beyin , demək olar ki, yoxdur.

Müayinə prosesində müəyyən edilib ki, pasient körpəlikdə hidrosefaliyadan- məhz başındakı mayedən əziyyət çəkib və hətta onun çıxardılması üçün drenaj borucuğu da yerləşdiriblər. Uşağın 14 yaşı olan vaxt borucuğu götürüblər. Belə çıxır ki, maye yenidən yığılıb. Qəribə də olsa, çox kiçik beyin hissəsi və başdakı maye pasienti narahat etməyib. Ətrafdakılar da onun davranışında hansısa bir qəribəlik hiss etməyib və onu axmaq hesab etməyiblər. İQ testlərində bu adam 100 orta normadan 75 bal toplayıb. Xidmət sahəsində işləyir, evlidir, iki övladı vardır. Bu hadisə həkimləri insan beyninin adaptasiya olunma qabiliyyəti ilə bağlı bir daha təəccübləndirib.

Sizin Reklam Yeriniz