news Image
2014.09.15
18:24
| A A A
Qadın, qonşusunun evinə girib ona təcavüz etdi

ABŞ-ın Seattle şəhərində bir qadın gecə yarısı gizlicə evinə girdiyi bir kişiyə təcavüz edib. 


Seattle Post Intelligencer qəzetinin xəbərinə görə, Chantae Gilman adında 26 yaşındakı qadın, 17 iyun gecəsi qonşusu olan və şəxsiyyəti gizli saxlanılan 31 yaşındakı kişinin evinə gizlicə girib. Gündüz çox yorulduğu üçün ağır yuxuda olduğu bildirilən qurbanı kürək üstü çevirib üstünə çıxan qadın ona təcavüz etməyə başlayıb. 


Movqe.az xəbər verir ki, Dedektif Roger Ishimitsunun şərhinə görə, qurban gecə yarısı 02.00 radələrində oyandıqda bir qadının üstünə çıxaraq ona təcavüz etməkdə olduğunu və qollarını başının üstünə qoyduğunu görüb.


 Qısa bir mübarizədən sonra qadını evindən çölə çıxarmağı bacaran şəxs, Harborvyu Xəstəxanasına gedərək təcavüzə məruz qaldığını göstərən bir hesabat alıb. 


Təcavüzkar  qadın Gilman hadisəni xatırlamadığını iddia edib. Qadın haqqında ikinci dərəcə təcavüzdən məhkəmə işi açılıb.