Əlaqə Arxiv
news Image
2014.09.17
08:02
| A A A
Piyada getmək əhval-ruhiyyəni yüksəldir

İngiltərədən olan alimlər müəyyən ediblər ki, iş yerinə kimi piyada getmək insanın təkcə fiziki durumunu yaxşılaşdırmır, həmçinin onun psixoloji sağlamlığına da böyük fayda verir.

Tədqiqatda 18 minə yaxın adam iştirak edib. Onlar özlərini bir neçə həftə ərzində məyus, əzgin və heç kimə lazım olmayan insan kimi hiss edikləri məqamlardan danışıblar. Alimlər bu cavablar əsasında hər bir iştirakçıya xoşbəxtlik balları veriblər. Eksperiment iştirakçıları 1991- ci il və 2009-cu illər arasında ardıcıl olaraq üç il psixoloji durum haqqında olan sualların yer aldığı anketi doldurublar.

Velosipeddən istifadə edən və ya piyada gedən adamlar işə sükan arxasında gedən adamlarla müqayisədə daha yüksək xoşbəxtlik balları alıblar. Avtomobillə işə gedən işçilər işdə 13 % daha çox daimi gərginlik hiss ediblər, həmçinin diqqətlərini cəmləmək onlar üçün daha çətin olub. Alimlər tədqiqatın gedişində ailənin gəlirinin ümumi səviyyəsi, sağlamlıq və ya uşaqların olması kimi insanın xoşbəxtliyinə təsir edən amilləri də nəzərə alıblar.

Tədqiqatçılar bildiriblər ki, işə avtomobildə getməyi dayandıran və piyada, ya da velosipedlə gedən adamlar ümumi durumlarının yaxşılaşdığını aşkar şəkildə hiss ediblər. İngiltərə alimlərinin məqaləsində vurğulanır ki, bu cür nəticələr avtomibil sürməkdən imtina etməklə insanın özünü nə qədər xoşbəxt hiss etdiyini göstərir.

Alimlər hesab edirlər ki, alınmış nəticələr iş yerinə vaxtında çatan əməkdaşları həvəsləndirəcək şəhər layihələrinin hazırlanma effektivliyini dəyərləndirmək üçün istifadə edilə bilər.

Alimlərin marağına səbəb olan faktlardan biri də ictimai nəqliyyatdan istifadə edən insanların psixoloji durum planında xoşbəxt olmalarıdır. Tədqiqatçılar qeyd ediblər ki, ictimai nəqliyyatın pis işləməsi və insanların çoxluğu stressə səbəb ola bilər, lakin avtobus və digər ictimai nəqliyyat vasitələri müəyyən vaxtlarda insanlara boşalmaq, kitab oxumaq və ya başqa adamlarla ünsiyyətdə olmaq imkanı yaradır.

Bu tədqiqatın gəldiyi nəticələr əvvəllər keçirilmiş və nəticələri bunun əksinə olan tədqiqata ziddir- o vaxt alimlər hesab edirdilər ki, işə şəxsi avtomobillə gələn işçilər velosipedlə və ya piyada gələnlərə nisbətən həyatdan daha çox zövq alırlar. Amma o tədqiqat dəqiq ola bilməzdi, çünki son tədqiqatda alimlər bir neçə il ərzində insanların psixologiyasında və onların həyat tərzindəki dəyişiklikləri qeydə ala biliblər.

Sizin Reklam Yeriniz