Əlaqə Arxiv
news Image
2014.09.17
08:34
| A A A
Toyuq yumurtası arıqlamağa kömək edir

Çoxlarına elə gəlir ki, toyuq yumurtaları, ilk növbədə, zərərli xolesterinin mənbəyidir, lakin alim-dietoloqlar əmindirlər ki, bu məhsulun yeməkdə gündəlik qəbulu tez bir vaxtda arıqlamağa kömək edir.

Liverpul Universitetinin alimləri bu faktın dəqiqliyini təsdiq edib və bu nəticəyə gəliblər ki, toyuq yumurtaları sağlam pəhrizin ayrılmaz tərkib hissəsidir. Onlar müəyyən ediblər ki, gündə iki yumurta qəbul edilərsə, bu, qanda xolesterinin səviyyəsinin artmasına səbəb olmur. Tədqiqatda orta yaşları təqribən 44 yaş olan 450 nəfərdən çox adam iştirak edib.

Iştirakçıları 2 qrupa bölüblər, özü də birinci qrup 12 həftə ərzində qidada yalnız aşağıkalorili məhsullardan istifadə edib, ikinci qrup isə analoji pəhrizdən istifadə etsələr də, onlar hər gün iki yumurta da qəbul ediblər.

Mütəxəssislər bildirirlər ki, hər iki qrup iştirakçıları təqribən eyni miqdarda- 3,5-4,5 kq piy itiriblər. Həmçinin eksperimentin bütün iştirakçılarında xolesterinin səviyyəsi hissedilcək dərəcədə aşağı düşüb. Bu isə sübut etməyə imkan verib ki, arıqlamaq istəyənlər toyuq və bildirçin yumurtalarından imtina etməməlidirlər.

Sizin Reklam Yeriniz