news Image
2014.09.16
18:12
| A A A
LG-dən yeni telefon

LG-in inkişaf etdirmiş olduğu yeni qapaqlı ağıllı telefonu Wine Smart üçün xüsusi bir veb saytı hazırlanıb.

Bir zamanların ən çox istifadə olunan qapaqlı telefonlar artıq əvvəlki qədər çox maraq görmür. Movqe.az xəbər verir ki, Cənubi Koreya mərkəzli texnologiya nəhəngi LG, inkişaf etdirdiyi yeni qapaqlı telefonu üçün xüsusi lgwinesmart-event.com adlı sayt yaradıb. 

LG Wine Smart adını daşıyan ağıllı telefonun Kanada və ABŞ-la yanaşı Koreya və Yaponiya ölkələrində də satışa çıxacağı təxmin edilir. Hələ sözügedən cihazın hansı əməliyyat sistemi ilə çalışdığı bilinmir.