Əlaqə Arxiv
news Image
2014.09.17
11:44
| A A A
Zənci ananın ağ körpəsi oldu! - FOTO

Milyonda bir ehtimal real olub. İngiltərədə zənci bir qadın ağ bədənli, mavi gözlü oğlan dünyaya gətirib. Ana ilə oğlunu görən hamı çaş-baş qalıb. Movqe.az xəbər verir ki, İngiltərədə Katherine Hovarth adlı qadın yeni doğulan körpəsini qucağına götürdüyündə gözlərinə inana bilməyib. Nigeriya əsilli olan 32 yaşındakı zənci qadın, tamamilə ağ irqdən bir körpə sahibi olub. 


1 iyunda oğlu Conahı dünyaya gətirən Katherine Hovarth doğumdan sonra körpəsini gətirən tibb bacısının çaşqınlığını "əvvəl mənə baxdı, sonra Conaha baxdı və gözlərinə inana bilmədi" sözləri ilə  bildirib.


Ananın ailəsində bir dənə belə ağ olmamasına baxmayaraq ağ bədənli körpə dünyaya gətirməsini həkimlər ananın daşıdığı resessiv genlə əlaqələndirir.

Sizin Reklam Yeriniz