news Image
2014.09.17
11:14
| A A A
Bu da "Apple"ın yeni mobil əməliyyat sistemi iOS 8!

Ötən həftə tanıtdığı yeni iPhone 6 modelləriylə ən böyük ekranlı smartfon modellərini tanıdan Apple, yeni əməliyyat sistemini bu gün istifadəçilərə təqdim edir.  

Movqe.az xəbər verir ki, yeni əməliyyat sistemində diqqət çəkən xüsusiyyət batareyaya aid olub. Android əməliyyat sistemlərində daha əvvəl olan  bənzər bir xüsusiyyət kimi ən çox enerji xərcləyən tətbiqlər istifadəçilərə göstəriləcək. Parametrlərdən görülə biləcək bu xüsusiyyət sayəsində istifadəçilər, ən çox enerji aparan tətbiqləri birbaşa bağlaya biləcək


Apple-ın yeni əməliyyat sistemi iOS 8-i yukləməyin iki fərqli yolu var. Bu yollardan biri Wi-Fi vasitəsilə  iOS 8-i bərpa edin. Wi-Fi ilə ağıllı qurğuları yeniləmək istəyənlər, bu qurğuları cərəyana da lazımdır. iOS 8-i yukləməyin  digər yolu isə kompüterdir. Ağıllı cihazınızı kompüterinə qoşan istifadəçilər, ekrana gələcək "Yenilə" düyməsinə basaraq, Apple cihazını aktivləşdirə biləcək.


iOS 8-i yükləməzdən əvvəl bunlara diqqət edin!


Yeni mobil əməliyyat sistemini ağıllı cihazlara yükləmək istəyən istifadəçilər qurğuları kopyaladıqlarından əmin olmalıdır. Bunun üçün yeniləmə ediləcək cihazın iCloud hesabıyla müqayisə lazımdır. Backup əməliyyatı kompüterlərlə də edilə bilər. iOS 8-i yükləməzdən əvvəl ağıllı telefon və ya tablet kompüterə bağlanmalı və iTunes ilə bərabər eyni vaxta uyğunlaşdırılmalıdır. Beləcə telefonunuzdakı fotoşəkillər, rəhbər və ya proqramlar kimi bir çox fərdi məzmun yeni əməliyyat sisteminə birbaşa olaraq köçürüləcək. 

 

Hansı cihazlara iOS 8 yüklənə bilər?

 

- IPhone 4 

- IPhone 4S 

- Iphone 5 

- IPhone 5s 

- IPhone 6 

- IPhone 6 Plus 

- IPad Mini 

- IPad Mini 2 

- IPad 2 

- IPad 3 

- IPad 4 

- IPad Air