Əlaqə Arxiv
news Image
2014.09.18
08:49
| A A A
Qida üçün “ağıllı” çubuqlar hazırlanıb

Çində qida məhsullarının təhlükəsizliyi əsas problemlərdən biridir. Hələ 2008-ci ildə burada kimyəvi melamin sənaye maddəsini qeyri-qanuni olaraq süd məhsullarına əlavə etməklə çoxsaylı insan itkisinə yol verilən zaman dünyada ən böyük qalmaqallardan bir yaşanmışdı.

Bitki yağı da xüsusi diqqət tələb edir, çünki çox vaxt orada təzə yağ əvəzinə istifadə olunmuş yağ satırlar.

Bununla əlaqədar olaraq Pekin firması xüsusi sensorlar vasitəsilə qida məhsullarındakı zəhərliliyi müəyyən edə bilən yeni qida çubuqları hazırlayıb. Məsələn, çubuqları bitki yağına salan vaxt sensorlar onun yemək üçün yararlı olub-olmaması haqda məlumatı smartfona göndərir.

Qida üçün çubuqlar bitki yağında təzəlik göstəricisi olan TPM maddəsinin səviyyəsi 25 faizdən artıq olan vaxt qırmızı işıqlarla sayrışır.

Şirkətin nümayəndələri bildirirlər ki, "ağıllı" çubuqların kütləvi istehsala buraxılıb-buraxılmaması hələlik məlum deyildir. Müəlliflərin planlarına görə, məhsulların temperaturunu, pH səviyyəsini və kaloriliyini müəyyən etmək üçün çubuqların imkanlarını genişləndirmək nəzərdə tutulur.

Sizin Reklam Yeriniz