Əlaqə Arxiv
news Image
2014.09.18
09:14
| A A A
Panasonic nəhəng sensorlu Lumix kamerafonu buraxıb

Yaponiyanın Panasonic şirkəti smartfon bazarında aktiv şəkildə təmsil olunmasa da, fotokameralar bazarında yüksək fəallıq göstərir. Indi orada birinci istiqamətin perspektivini anlayaraq və ikinci istiqamətdə öz ekspertizasını dərk edərək şirkət Almaniyanın Köln şəhərində keçirilən Photokina ticarət şousunda smartfon və kameranın hibridini təqdim edib.

Yox, bu, kameralı smartfon deyildir. Bu, smartfon funksiyası olan kameradır.

Yeni aparat Android-lə idarə olunsa da, fotoqrafiya üçün ciddi prosessora malikdir: 20 meqapiksellik 1 düyməli Leica obyektivi. Bu cür optika dəstləri Panasonic-in "normal" fotokameralarında da vardır.

Şirkətdən bildiriblər ki, Lumix DMC-CM1 yeni aparatı 2,5 düyməlik sensor vasitəsilə HD, Full HD və hətta 4K-video, həmçinin çox zəif işıqlanma şəraitində çəkilişlər edə bilir. Devays yaxın vaxtlarda satışa çıxarılacaq və qiyməti 900 avro olacaq. Şirkətdən verilən məlumata görə, aparat ilk mərhələdə Almaniya və Fransada satılacaq.

Analitiklər bildirirlər ki, yeni aparat böyük linzaları olan Samsung Galaxy K Zoom-un rəqibi olacaq.

Şirkətdə qeyd ediblər ki, Lumix DMC-CM1 təkcə linzalara deyil, həmçinin diafraqmaya və fotoşəklin ekspozisyasına nəzarət edən metal həlqəyə malikdir. Indiyə kimi smartfonlarda bu cür "içlik" olmayıb. Digər tərəfdən, aparatda 11,9 düyməlik sensorlu ekran və kameranı smartfona və əksinə çevirən rejim düyməsi də vardır.

Şirkətdə yeniliyi "maraqlı eksperiment" adlandırırlar. Digər tərəfdən, müstəqil mütəxəssislər bildirirlər ki, bu cür hibrid aparatlar "iki dovşanı birdən tutmağa" cəhd edən çox bahalı variantdır. "Hibridlər heç kəsi qane etmir. Biz əvvəllər bu cür variantları görmüşük və heç kim burada işəyarayan nəsə bir şey təqdim etməyib. Yaxşı smartfon axtaran hər kəs o cür aparat, kamera axtaran adam isə ayrıca aparat alır"- TechRadar-dan olan Mark Flores güman edir.

Sizin Reklam Yeriniz