Əlaqə Arxiv
news Image
2014.09.18
18:15
| A A A
Musiqinin faydaları

Musiqisiz bir dünyanı təsəvvür etmək mümkündü? Təbii ki yox. Tarixə nəzər yetirsək görərik ki, bütün sivilizasiyalar musiqidən müxtəlif məqsədlər üçün istifadə ediblər. Bəs musiqinin sağlamlıq üçün faydalı olduğunu bilirdinizmi? Mövqe.az sizin üçün musiqinin faydalarını təqdim edir:

Bir çox xəsətəxanalar xəstələri müalicə edərkən musiqidən istifadə edirlər. Massaçuest xəstəxanasında ürək əməliyyatı olan xəstələr arasında aparılan araşdırmalara görə, əməliyyatdan sonra Motsartın sonatalarını dinləyən xəstələr digərlərindən daha tez sağalıblar.

Araşdırmalarda bu da müəyyən olub ki, səbəbi bilinməyən ağrılardan əziyyət çəkən xəstələr yalnız musiqi ilə ağrılarını azalda bilirlər. Bu xəstələrə daha çox klassik musiqi, xüsusilə də Motsart və Bach məsləhət görülür. "Heavy metal" və "tekno music" kimi musiqi nüvləri ürək ritmini pozduğu üçün ürək xəstələrində bu musiqi növlərinin istifadəsi təhlükəli hesab olunur.

Alimlər sübut edib ki, musiqi piylənmənin də qarşısını alır. Belə ki, beynimizin yemək yeyərkən verdiyi reaksiya sevdiyimiz bir musiqiyi dinləyərkən verdiyi reaksiya ilə eynidir. Yəni, çox acdığımız zaman sevdiyimiz musiqini dinləmək toxluq hissi verəcək. Bununla yanaçı, alimlər sübut edib ki, yemək zamanı həzin musiqi dinləmək daha yavaş yeməyə və daha çox çeynəməyə səbəb olur.

Miçiqan Dövlət Universitetinin musiqi məktəbinin araşdırmalarına görə, musiqi immunitent sistemimizi gücləndirir. Belə ki, musiqi dinləyərkən immunitent sistemimizin təməli olan interleykin hüceyrələri artmağa başlayır.

Beth İsrail Tibb Mərkəzində erkən doğulan körpələr üzərində aparılan araşdırmalar görə, müxtəlif laylalara qulaq asmaq onların ürək döyüntülərini tənzimləyir, nəfəs alıb-vermələrini nizamlayır. Bu musiqiləri dinləyən körpələrin yuxu rasionu da daha nizamlı olur.

Araşdırmalar zamanı müəyyən olub ki, klassik musiqi dinləmək yaddaşı qüvvətləndirir. Alimləin "Motsart təsiri" adlandırdığı araşdırma şagirdlərə dərs çalışan zaman klassik musiqi dinləməyi tövsiyyə edir.

İflic nəticəsində beyin xəsarəti olan xəstələr musiqi aləti çalmağı öyrənərək daha tez sağala bilirlər.

Son olaraq, məşhur həkim Oliver Saks kitabında qeyd edib ki, "güclü bir ritm və melodiya beynimizdə sözlərdən daha çox yer tutur". Bu da musiqinin həyatımızdakı önəmini bir daha sübut edir.


Sizin Reklam Yeriniz