Əlaqə Arxiv
news Image
2014.09.19
09:10
| A A A
Avropanın ən çirkli otelləri

Altı milyon səyahətçinin iştirakı ilə keçirilmiş sorğunun gedişində dünya otellərinin təmizliyi dəyərləndirilib.

Avropa üzrə ən çirkli otellərin reytinqində London otelləri liderlik edir. Avropada təmizlik üzrə ən aşağı göstəricini İngiltərənin paytaxtı London alıb- 10 mümkün baldan 7,52 bal.

Ikinci yerdə 7,53 balla Norveçin paytaxtı Oslo gəlir. Amsterdamın otelləri 7,58 balla üçüncü yeri tutub.

Dördüncü yer Kopenhagenə (7,60) nəsib olub, ondan sonra isə, müvafiq olaraq, Paris (7,63), Afina (7,68) və Brüssel (7,71) gəlir.

Ən çirkli otellərdən ən təmizi isə Kiyev otelləridir. Səyahətçilər onların təmizliyini 7,71 balla qiymətləndiriblər.

Sizin Reklam Yeriniz