news Image
2014.09.18
17:37
| A A A
Facebook üzr istədi Norveçdə yaşayan və xəstəlik ucbatından fərqli üz formasına sahib olan gəncin şəkili facebook tərəfindən silinib. Movqe.az xarici mətbuata istinadən məlumat verir ki,16 yaşlı Embert Henok "malformasiya" xəstəliyindən əziyyət çəkir və bu səbəblə üzünün alt hissəsi normadan daha böyükdür. Bir neçə həftə əvvəl şəklini profilinə qoyan gənc, bazar günü hesabına girərkən profil şəklinin silindiyini görür. Daha sonra mesaj bölümündə facebookun bu mesajı ilə qarşılaşır: "Facebook qaydalarına zidd olduğu üçün şəkliniz silindi". Məsələnin ardından duyğularını ifadə edən Henok "Facebook kimi böyük bir sosial şəbəkənin digər insanlardan fərqli olduğum üçün şəklimi silməsi böyük bir təhqirdir. Facebook bu hərəkəti ilə mənim istifadəçi olraq qeyri-kafi olduğumu elan etmiş olur" deyib. Hadisənin mediaya düşməsindən sonra facebook səhvini boynuna alaraq üzr istəyib və Henokun şəklini yenidən profilinə yerləşdirib.