news Image
2012.07.16
11:59
| A A A
6 kq çəkidə uşaq doğuldu-FOTO
Movqe.Az bildirir ki, Ukraynada 22  yaşlı Yekaterina Maştakova dünyaya çəkisi 6 kiloqram və boyu 57 sm olan oğlan uşağı gətirib. 22  yaşlı ana hamiləlik zamanı 30 kiloqram kökəlmişdi. Həkim 23 illik iş təcrübəsində ikinci dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. İki il əvvəl  Yekaterina Maştakova 4 kilo 700 qram çəkidə qız övladını dünyaya gətirmişdi.

Yekaterina Maştakova: "Mənə dedilər uşaq çox böyük doğulub. Çəkisi 6 kiloqramdur.Doğrusu bu dərəcədə təsəvvür etmirdim, lakin qucağıma aldıqdan sonra gördüm. İndi aldığımız paltarları kiməsə hədiyyə edərəm,çünki paltarlar oğluma balaca olacaq". 

Həkim bildirib ki: " Buna bənzər bir hadisə ilə 5 il əvvəl qarşılaşmışam. 37 yaşlı qadın qeysəriyyə əməliyyatı etdirmədən çəkisi 7 kilo, boyu 65 sm olan oğlan dünyaya  gətirmişdi".





Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs