Ölən həyat yoldaşı üçün bunu etdi
Movqe.Az bildirir ki, İngilis Uinston
Houes adlı biri ölən həyat yoldaşı Cenetə bəslədiyi eşqi minlərlə
ağac tikərək göstərib.Uinston Houesin 33 illik həyat yoldaşı Cenet,
17 il əvvəl infarkt səbəbiylə vəfat edib. Bu ani ölüm, Uinstonun
olduqca sarsıdıb. O da Cenetə bəslədiyi eşqi göstərmək üçün gizli
bir "məbəd" hazırlamağa qərar verib.
"The Huffington Post" saytındakı xəbərə görə, o, İngiltərənin cənubundakı bir ərazini satın alaraq üzərinə 6 min palıd ağacı əkdirib. Ağacların ürək şəklində əkildiyini görə bilmək üçün yuxarıdan baxmaq lazımdır.
Bu ürəyi kəşf edən şarla uçmağı sevən bir ingilis iş adamı olub.
42 yaşlı Endi Kollett ürəyi ilk gördüyündə çaşdığını bildirib. Kolett jurnalistlərə "Belə bir eşqi xəyal etmək qeyri-mümkündür" deyib.
Uinston Houes isə "Həyat yoldaşım öldüyü zaman ağılıma ağaclardan bir ürək hazərlamaq fikri gəlib" deyir.
Uinston, göylərdə yaşadığına inandığı yoldaşının bu ürəyi gördükcə xoşbəxt olacağını düşünür.