Əlaqə Arxiv
news Image
2014.09.22
12:36
| A A A
Pivə festivalına start verildi!

Almaniyanın Münhen şəhərində təşkil edilən dünyanın ən böyük pivə festivallarından 181-ci dəfə təşkil olunan  Oktoberfestin açılışı edilib.

Bu il 181-ci dəfə təşkil edilən "pivə festivalı" 5 oktyabra qədər davam edəcək. Bu il də təxminən 6 milyon ziyarətçi gözlənilən festivala 200 litrlik təzə pivə çəlləyi açılaraq start verilib.


Movqe.az xəbər verir ki, festival müddətində 7 milyon litr pivə içilməsi və 200 min Bavariya sosiskasının istehlakı gözlənilir. 

Festival Komitəsindən edilən şərhə görə bu il pivənin litri 9.70 ilə 10.10 avro arasında satılacaq. 

Oktoberfest ilk dəfə 12 oktyabr 1810-ci ildə Kral Ludvig və Teresanın evlilikləri xatirəsinə təşkil edilmişdi. Bundan sonra festival az qala hər il təşkil edilmişdi. 

Festival 22 dəfə döyüş, xolera epidemiyası və Almaniyadakı hiper inflyasiya səbəbiylə ləğv edilmişdi.

Sizin Reklam Yeriniz