Əlaqə Arxiv
news Image
2014.09.23
08:06
| A A A
Süd Yolu yaxınlığındakı qalaktikalar yoxa çıxıb

Süd yolu yaxınlığında çox az sayda dövr edən qalaktikalar mövcuddur. Bu gün alimlər kompüter modelləşdirilməsi sayəsində güman edirlər ki, bu müəmmanı izah edə bilərlər. Hazırlanmış kompüter modelinin onların həddən çox sayda olduğunu müəyyən etməsi tünd soyuq materiya- aparatlar vasitəsilə görmək və aşkar etmək mümkün olmayan, lakin mövcudluğuna alimlərin şübhə etmədiyi hansısa müəmmalı substansiya haqqında hamı tərəfindən qəbul edilmiş nəzəriyyənin düzgünlüyünə müəyyən şübhələr yaradıb. O, bütün qanunauyğunluqlara görə yeni qalaktikaların formalaşmasında iştirak edən əsas material hesab olunur.

Yeni nəzəriyyələrə əsasən, bu materiyanın hissəcikləri cazibə qüvvəsinin gücünü hiss edərək neytrinosu və fotonları olan gənc Kainatla qarşılıqlı əlaqəyə girib və bu da tünd materiyanın səpələnməsinə gətirib çıxarıb.

Alimlərin gümanlarına görə, əvvəlki Kainatda tünd materiyanın laxtaları tərəfindən qalaktika və yeni ulduzların formalaşmasında iştirak edən qalaktikaarası qaz da tutulub. Buna baxmayaraq, onun strukturları yuyan hissəciklərinin səpələnməsi səbəbindən bu qabiliyyət kifayət qədər azalıb ki, bu da Süd Yolu yaxınlığında qalaktikaların formalaşmasına təsir edib.

Bu nəzəriyyə ilə yanaşı, alternativ nəzəriyyələr də vardır, ona görə də hissəciklərin tünd materiya ilə qarşılıqlı əlaqəsinin yeni tədqiqatı üçün ilkin real şərtlər vardır.

Sizin Reklam Yeriniz