news Image
2014.09.23
15:04
| A A A
iPhone 6 nə qədər möhkəmdir? - sınaqdan keçirildi

iPhone 6 və iPhone 6 Plus-un düşməyə nə qədər dayanıqlı olduğu, bu araşdırmayla ortaya çıxdı! 


Movqe.Az xəbər verir ki, iPhone 6 və iPhone 6 Plus, yeni edilən araşdırmaların nəticəsinə görə keçən ilki iPhonedan daha möhkəmdir. 


iPhone üçün mühafizə və zəmanət xidmətləri təqdim edən SquareTrade-ə görə 4.7 düym ekranlı iPhone 6, testlərdəki ən müvəffəqiyyətli telefon olub.


 5.5 düymlük iPhone 6 Plus isə ölçüsü səbəbiylə əldən düşməyə meyilli olduğundan, daha az bal alıb.