Əlaqə Arxiv
news Image
2014.09.25
09:26
| A A A
Qadınların sayı həmişə kişilərdən çox olub

Alimlər bu nəticəyə gəliblər ki, Yer kürəsində qadınlar həmişə kişilərə nisbətən çox olub. Bunun üçün onlar bəşəriyyətin genetik informasiyasının analizini keçiriblər.

Maks Planka adına Təkamül Antropologiyası İnstitutunun əməkdaşları müəyyən ediblər ki, insanın əcdadları hələ Afrikadan miqrasiya edənə qədər qadınların sayı çox olub. Bu qanunauyğunluq kifayət uzun müddət saxlanıb.

Alimlər güman edirlər ki, bu, çoxarvadlılığın yaranmasına səbəb olub. Nəticədə genetik informasiyada məhz zəif cins daha çox iz qoyub.


Sizin Reklam Yeriniz