Oğurlanmış avtomobilini 42 il sonra tapdı
Movqe.Az xəbər verir ki, ABŞ-ın Los
Anceles şəhərində bir nəfər 1967 model Austin-Healey marka köhnə
model avtomobilini Filadelfiyadakı evinin qarşısından
oğurlanmasdan 42 il sonra internet mağazasında tapıb. Robert Russel
adlı ABŞ vətəndaşı avtomobilinin 1970-ci ildə oğurlandığını və
mənəvi dəyəri çox yüksək olması səbəbiylə onu 42 il boyunca
axtarmaqdan yorulmadığını qeyd edib. Avtomobilini alanda 3 min
dollar olan dəyərinin bu gün 23 min dollar olduğu ifadə edən Russel
indiyə kimi avtomobilin hissələrə ayrılaraq satıldığını deyib. O
avtomobilini "eBay" alış-veriş saytı vasitəsilə tapıb. Russel
polisin köməyi ilə avtomobilini geri ala bilib.