news Image
2014.10.01
07:04
| A A A
Qara deşiklər varmı?

Şimali Karolina Universitetindən olan fizika professoru Lura Marsini- Houton sensasiyalı bəyantla çıxış edib. Xanım professor riyazi cəhətdən sübut edib ki, təbiətdə qara deşiklər kimi astrofiziki obyektlər, sadəcə olaraq, mövcud ola bilməz.Problem ondadır ki, hazırda bunun əksini sübut etmək heç kəsin imkanı daxilində deyildir.

Qara deşiklər- qalaktika, ulduz və kvazarların təkamülünü təsvir edən çoxsaylı astrofiziki nəzəriyyələrin əsasında duran nəhəng relyativ obyektlər- yarım əsr əvvəl nəzəriyyəçi Con Uiler tərəfindən populyarlaşdırılmış termindir. Və bu gün onların mövcudluğu astronomların əksəriyyətində şübhə yaratmasa da, formal olaraq, bu obyektlər hipotetik (fərziyyəyə əsaslanan) hesab olunurlar.

Bu obyektlər özünün işığını şüalandırmadığna və başqa işığı əks etdirmədiyinə görə onların mövcudluğunu yalnız dolayı metodlarla müəyyən etmək olar. Beləliklə, qalaktika mərkəzlərinin yanındakı ulduzların sürətlə dövr etməsi və bu güclü cəzbedici obyektlərin ətrafında müşahidə edilən işıq şüalarının sapması (linzalaşdırma) alimlərə onların mövcud olduğunu inandırır. Astronomlara iki növ qara deşiklər məlumdur- ulduz kütlələri və Günəş kütləsindən milyardlarla dəfə böyük olan çox nəhəng qara deşiklər. Hədsiz dərəcədə böyük olan qara deşiklərin mənşəyi astronomlarda mübahisələrə səbəb olur: onlar ya tünd materiyanın laxtalarında Kainatla eyni vaxtda, ya da böyük qaz buludlarının kollapsı (fəaliyyətin birdən dayanması) zamanı formalaşıb. Eyni hal Yer kürəsi qoz boyda sıxıldığı təqdirdə də baş verə bilər: onun sıxlığı o qədər artar ki, heç bir cisim hətta işıq sürətilə hərəkət edərək onun səthindən qopmaz. Marsini-Houton, riyazi olaraq, böyük ulduzların kollaps prosesini təsvir edərək paradoksal nəticəyə gəlib. Onun hesablamaları göstərib ki, ulduzun kollapsı zamanı ulduzu sürətlə öz kütləsini itirməyə məcbur edən şüalanma yaranır. Özü də bu, o qədər sürətlə baş verir ki, daxili sahələrin sıxlığı böyümənin qarşısını alır və qara deşiklərin əmələ gəlməsi dayanır. "Mən özüm heyrətdən özümə gələ bilmirəm. Biz 50 ildən artıqdır ki, bu problemi öyrənirik və bu nəticə bizi çox şeylər üzərində fikirləşəməyə məcbur edir"- tədqiqatçı xanım bildirib. Böyük ulduzların yerində nəyin qaldığına isə sonrakı müşahidələr cavab verə bilər. Onların partlayışları artıq ən yeni tarixdə baş verib. Belə ki,1987-ci ildə astronomlar ən yeni və çox parlaq SN 1987A ulduzunun partlayışını müşahidə ediblər. Buna baxmayaraq, onun yerində hələlik nə qara deşik, nə də neytron ulduzu aşkar edilməyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs