news Image
2014.10.01
07:30
| A A A
Bütün xəstəliklərə qarşı dərman nə vaxt satışa buraxıla bilər?

Britaniyalı alimlər 10 il ərzində bütün xəstəliklərə qarşı universal dərman hazırlamaq niyyətindədirlər. Londondakı İmperator kollecindən olan araşdırmaçılar qrupu müəyyən edib ki, xərçəng və Alsgeymer xəstəliyi də daxil olmaqla bir çox ağır xəstəliklərin inkişaf səbəbi NMT fermenti ilə bağlıdır.Bu fermentin təsiri altında zülallarda bərpaolunmaz dəyişikliklər baş verir ki, bunun nəticəsində hüceyrələr ölmür, əksinə, müxtəlif xəstəlikləirn inkişafını stimullaşdıraraq fəal şəkildə artmağa başlayır.Tədqiqat müəllifləri inanırlar ki, onların kəşfi yaxın on ildə bütün xəstəliklərə qarşı universal dərmanın hazırlanmasına imkan verəcək. Bu qədər uzun müddət onunla bağlıdır ki, dərman satışa buraxılmazdan əvvəl bir sıra əlavə tədqiqatlardan, həmçinin kliniki sınaqlardan keçməlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs