Əlaqə Arxiv
news Image
2014.10.02
08:16
| A A A
Aral dənizi artıq yoxdur

Nə vaxtsa dünyanın ən böyük göllərindən biri olan Aral dənizinin quruduğu kosmosdan çəkilmiş şəkillərdən də görünür.NASA-nın Terra satellite adlı peyki artıq uzun illərdir ki, xüsusi spektrometr (Moderate Resolution Imaging Spectroradiometer- MODIS) vasitəsilə Aral dənizinin fotoşəklini çəkir. Cihaz relyefin necə dəyişdiyini, konkret olaraq, su ilə dolu sahələrin necə quruduğunu və yoxa çıxdığını göstərir.

Və budur, 2014-cü ildə su hövzəsi, demək olar ki, yoxa çıxıb- yalnız onun dar zolağı və bir neçə kiçik göllər görünür. NASA mütəxəssisləri ekoloji fəlakətdə ötən əsrin 60-cı illərində səhra torpaqlarının irimiqyaslı meliorasiyasına icazə vermiş keçmiş SSRİ hökumətini günahlandırırlar.

Bu işlərin gedişində Aral gölünə axan Amu-Dərya və Sır-Dərya çaylarının suyu sahələrin suvarilması üçün istifadə edilib və eksperiment uğurlu nəticə verib, yəni oradakı torpaqlar indi kifayət qədər rütubətlidir. Bunu spektrometr qeydə alıb. Dəniz isə quruyub.

Sizin Reklam Yeriniz