Əlaqə Arxiv
news Image
2012.07.17
14:29
| A A A
Heyvanların gözündən rənglər - FOTOLAR

Movqe.az "BBC"ə istinadən xəbər verir ki, Royal cəmiyyəti elm adamlarının keçirdiyi  illik yay sərgisi heyvanların gözüylə əyani olaraq dünyanı görməyə, onların xüsusiyyətlərinin gizli rəngli çalarlarını müşahidə etməyə imkan verir. Quşlar insanlara nisbətən daha çox rəngi görə bilir, çünki onların fotoreseptor adlanan 4 növlü konus hüceyrələri bu tovuzquşunda olduğu kimi ultrabənövşəyi şüaları görməyə imkan verir. Bunun əksinə bir çox məməlilərdə yalnız 2 növ konus hüceyrəsi vardır ki, bu da insanlarda da olduğu kimi qırmızı-yaşıl rəng korluğudur. Bu şəkildə itlərin sahibininin ayaqlarını 2 rəngli görməsi əks olunub. Dr Pikin sözlərinə görə, itlər iybilmə qabiliyyətlərinə daha çox arxalandıqlarından, onlarda görmə qabiliyyəti yaxşı inkişaf etməyib. Bu şəklin hər iki tərəfi də qırmızı sincaba aiddir: başından yuxarı hissə insan gözü ilə, digər yarı hissə isə sincab gözü ilə verilib. Dr. Pik bu onların rənglərini darıxdırıcı rənglər adlandırır. Çünki onlara baxdıqda qarmaqarışıq rənglər görünür. "Chrysina adelaida" adlanan mücəvhər böcəyinin görüntüsü ona baxanlara sanki dijital eynəklər taxdığını hiss etdirir. "Scarab"( qədim Misirdə mötəbər böcək hesab olunurdu) böcəyinin üzərinə  spektrofotometr tətbiq edəndə isə nə gördüyümüzü düşünə bilmirik. Çəhrayı rəngdəki şəkil haqda Dr.Pik bildirib ki, elm adamları son 3-4 ildə heyvanların rənglərinin hərəkət etdiyini, dəyişdiyini müəyyən edib.

Sizin Reklam Yeriniz