news Image
2012.07.17
14:19
| A A A
Bunlar tablo deyil - FOTOLAR

Movqe.az xəbər verir ki, usta bir rəssamın əllərindən çıxmış yağlı boya tabloları xatırladan bu kadrlar əslində üzərində kiçik bir dəyişiklik belə olmayan fotoşəkillərdir. Çinin Qansu əyalətindəki Niciayinq qəsəbəsinin Nantaizi kəndində olan bu təpələrdəki hər şeyi təbiidir. Qırmızı qumdaşı laylarından ibarət olan bu ərazi müəyyən zamanla dik yamaclar və bənzərsiz qaya hissələrindən meydana gələn dağlıq bir əraziyə çevrilmişdir. Belə formada qayalar yalnız Çində var. Region turistlər arasında çox məşhurdur. Ziyarətçilər həm bu bənzərsiz mənzərəni izləyir, həm bölgədə gəmi turlarına qatılır, həm də ətrafdakı məbədləri ziyarət edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs