news Image
2014.10.03
08:24
| A A A
Heyvan sümüklərindən tikilən restoran açılıb

Meksikanın Qvadalhara şəhərində qeyri-adi restoran açılıb. Restoran öz müştərilərinə Meksika mətbəxinin xörəkləri ilə yanaşı orijinal və müəyyən qədər heyrətləndirici interyer də təklif edir. İş ondadır ki, bu ictimai iaşə binasının divarlarını heyvanların kəllələri və sümükləri bəzəyir.Restoran 1940-cı illərin bərpa olunmuş binasında açılıb. Adı- Hueso- ispan dilindən tərcümədə "sümük" deməkdir. Onun dizaynının əsas konsepsiyası da bundan ibarətdir.200 kvadratmetr sahəyə malik olan binanın tərtibatında 10 000-dən çox ən müxtəlif sümüklərdən istifadə olunub. Buna baxmayaraq, restorana gələnlərin sayı kifayət qədər çoxdur: divarlar ağ rənglə boyanıb və zal, ümumilikdə, muzeyi xatırladır.Hueso açıldıqdan sonra çox populyar yerə çevrilib və restorana yalnız əvvəlcədən sifariş verməklə gəlmək olar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs