99 yaşlı bərbər
Movqe.Az bildirir ki, İşləyən dəmir
paslanmır, sevdiyi işi edən çalışqan insan da asanlıqla yaşlanmır.
Cing Kuinin 99 yaşı var və hələ də bərbərlik edir. Bərbərlik
ləvazimatları ilə tanış olmasından düz 80 il keçib artıq. İçindəki
peşə sevgisi və işləmək istəyi heç bitməyib. Hər səhər həvəslə
hazırlanıb bərbərxanasına gedir. Səhərdən axşama
qədər diqqətlə müştərilərinin saç-saqqalını təraş edir.
Müştərilər də xidmətdən məmnun qalır və heç biri başqa bir ünvana
getməyi düşünmür.
Yaxın zamanlarda 100 yaşını qeyd edəcək olan Kuinin sağlamlığında heç bir problem yoxdur, gözləri görür, qulaqları eşidir və ən əhəmiyyətlisi də işini görərkən əlləri titrəmir.