news Image
2014.10.03
11:04
| A A A
“iPhone” üçün bakirəliyini satan da var

Hətta "iPhone" almaq istəyən bir cütlük 3 uşağını satışa çıxarıb

Hər yeni modeli çıxdığı gün dünyanın gündəmini müəyyən edən "iPhone" telefonlarından almaq üçün insanların baş vurduğu dəliliklərə inanmayacaqsınız. Bakirəliyini satışa çıxaran kim, uşaqlarını satmaq istəyən kim...

Gecce.az ailem.az-a istinadən "iPhone" üçün edilən çılğınlıqları təqdim edir.

Çində "iPhone" almaq istəyən bir cütlük 6 uşağından 3-nü satışa çıxarıb.

Çinli bir gənc 2011-ci ildə "iPhone" almaq üçün böyrəyini satmışdı. Böyrəyi üçün dediyi puldan bir az da artıq alan gənc, "İphone"la yanaşı, özünə "iPad" də ala bilmişdi.

Songijang universitetində oxuyan bir gənc "iPhone 6" üçün sevgilisini satışa çıxarmışdı.

Bəzi qadınlar müxtəlif internet saytlarında "iPhone" qarşılığında seks təklif edirlər.

2013-cü ildə ABŞ-da 3 milyon "iPhone" oğurlanıb.

Çində bir qadın yeni "iPhone 4" almaq üçün bakirəliyini satışa çıxarmışdı.

"iPhone 6"ya sahib olan ilk insanlar sırasında olmaq istədiyi üçün "Apple" mağazasının qarşısında 22 gün əvvəldən yatmağa başlayan gənc hər kəsi təəccübləndirmişdi.

Adı açıqlanmayan bir iş adamı sıraya girib ona "iPhone" ala bilməsi üçün ABŞ-da bir çox evsizi pul qarşılığında sıraya salmışdı.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs