Əlaqə Arxiv
news Image
2014.10.09
08:58
| A A A
Dünyanın ən hündür ağacları

Dünyada ən hündür ağac hansıdır?

Bu, sekvoyya və ya başqa cür desək, mamont ağacıdır. Ən hündür ağac Şimali Amerikada yetişir və onu canlı qazıntılara aid etmək olar. Yerdə baş verən buzlaq dövründən əvvəl bu ağaclar bütün Şimal yarımkürəsində yetişib və onların altında dinozavrlar yaşayıb. Qazıntılar aparılan zaman məlum olub ki, sekvoyya ağacları Yura dövründə əmələ gəlib.Indi Yer kürəsində ən hündür ağaca yalnız Kaliforniya ştatında rast gəlmək olar. Ən böyük sekvoyyanın yaşı 4830 ildir. Bu yaş mişarla kəsilmiş ağaclardan birində hesablanıb. Bir qayda olaraq, sekvoyyanın orta yaşı 3000-4000 il təşkil edir.Sekvoyya dünyanın ən hündür ağacı olmaqla yanaşı, həm də bütün planetdə ən çox ömr edən canlı varlıqdır.Sekvoyya yuxarıya doğru böyüyür, lakin böyüdükcə onun aşağı budaqları tökülməyə başlayır, yuxarıda isə işığı tam olaraq buraxmayan davamlı örtük yaranır və xırda ağaclar kifayət qədər işıq almadığına görə zəif inkişaf edir.Yer kürəsində ən hündür ağaclar Sekvoyya parkı və Redvud parkında böyüyür. Redvud parkında hündürlüyü 100 metrə çatan sekvoyyanın həmişəyaşıl növləri yetişir.

Sekvoyya parkında isə, nəhəng sekvoyyalar böyüyür. Parkda ən hündür iynəyarpaqlı ağac "Hipereon" adlandırılıb. Onun hündürlüyü 113 metrdir. Əgər müqayisə etsək, 22 mərtəbəli binanın hündürlüyü 70 metrə çatır. Bu ağacın diametri 11 metrdir. Onun oyuğunda bir neçə rəqs meydançası və qaraj yerləşdirmək olar.

Ağacda odunun ümumi həcmi 1500 kubmetr və ya 2,5 min tondur.Sekvoyya nə üçün ölmüş ağac növü hesab olunur? Ona görə ki, əvvəllər onlardan tikinti işlərində istifadə olunub. Onun oduncağı çox qiymətləndirilib, çünki çəkisi yüngül olub və çürüməyib. Hazırda sekvoyya ağacları qanunla qorunur.

Sizin Reklam Yeriniz