news Image
2012.07.18
12:01
| A A A
Çox televiziya izləmək bel ətrafını genişlədir
Televiziya qarşısında vaxtlarının çoxunu keçirən uşaqların bel ətrafı genişlənir. Movqe.Az bildirir ki, Kanadadakı Montreal Universiteti tərəfindən edilən araşdırma, 2 ilə 4 yaş arası uşaqların bel ətrafının 10 yaşına qədər televiziya qarşısında artıq vaxt keçirdikləri hər saat üçün yarım millimetr genişləndiyini və bu uşaqların əzələlərinin zəifləməsinə yol aça biləcəyini göstərib.

Araşdırma, eyni yaş qrupundakı uşaqların15 faizinin həftədə 18 saatdan çox televiziya qarşısında oturduqlarını və araşdırmaya qatılan uşaqların 10 yaşına çatdığında televiziya izləmə vərdişləri səbəbiylə bel dairələrinin 7,6 millimetr qalınlaşa biləcəyini məlum edib.

Həftədə 1 saat çox televiziya qarşısında oturan uşaqlarda tullanma məsafəsinin də 0,36 santimetr azaldığı görülüb.

Araşdırmada 1314 uşağın televiziya izləmə vərdişləri araşdırılıb.

Araşdırmaçılar, 4 yaşındakı uşaqların həftədə orta hesabla 8,8 saat televiziya izlədiklərini və bu rəqəmin 2 il içində 14,8 saata qədər arta biləcəyini bildiriblər.

Mütəxəssislər, 2 yaşdan yuxarı uşaqların gündə 2 saatdan çox televiziya izləməməsini təklif edirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs