Əlaqə Arxiv
news Image
2014.10.09
19:22
| A A A
Bu ölkədə ağacdakı kakosları meymunlar yığır

Taylandın Patani bölgəsində demək olar ki, hər yerdə yetişən ağaclardakı kakosu yığmaqda çətinlik çəkən yerli xalq, artıq yetişdirdikləri meymunlardan faydalanır. 


Movqe.az xəbər verir ki, bölgədə tez yetişən və xalqın ən çox istehlak etdiyi meyvələrdən Hindistan qozunun olduğu palmaların uzunluğunun 20 metr civarında olmasından ötəri meyvəni yığmaqda çətinlik çəkən xalq, meymunları bu iş üçün yetişdirir. 


Meymunu balaykən öyrətməyə başlayan Patani sakinləri, heç budağı olmaması səbəbiylə dırmaşdıqları ağaclardakı meyvələri bu şəkildə yığır. 


Boyunlarına bağladıqları ip sayəsində qaçmasının qarşısı alınan meymun, qısa müddətdə dırmaşdığı ağacdakı Hindistan qozalarının yetkinləşmiş olanlarını digərlərindən ayırd edərək qoparıb aşağıya atır. 



Sizin Reklam Yeriniz