Əlaqə Arxiv
news Image
2014.10.10
13:23
| A A A
Bu da Nexus 6!

Bir müddətdir texnologiya gündəmindən düşməyən, Google və Motorolanın ortaq istehsalı olacağı deyilən Nexus 6-ın təchizatı dəqiqləşib.

 Nexus 6ın ürəyində yatan Snapdragon 805 prosessor və 3 GB RAM, əvvəl Geekbench-də, daha sonra CPU-Z-də görünüb. 

Movqe.az xəbər verir ki, testlərdə tək təsdiqini tapan prosessor və RAM deyildi. Texnologiya dünyasını  ikiyə bölən 5,9 düym böyüklüyündəki Quad HD ekran da təsdiqlənib. Daşıma mövzusunda çətinlik yaşanacağını düşünən kəslər üçün pis bir xəbər olsa da,  cihazın o qədər nəhəng görünmədiyini, ən azından cibə uyğun ola biləcək şəkildə hazırlandığını xatırladaq. 


Nexus 6-da 13 MP keyfiyyətli OIS dəstəyinə sahib kameranın istifadə ediləcəyi deyilir. 

Sizin Reklam Yeriniz