Əlaqə Arxiv
news Image
2012.07.18
15:34
| A A A
Eşqbaz kişilərin ala bilmədiyi ev

Movqe.az xəbər verir ki, ABŞ-da 19 illik həyat yoldaşı tərəfindən aldadılan qadın birlikdə yaşadıqları evi satışa çıxarıb. Bu günlərdə cütlüyün qonşuları evin aldadılan həyat yoldaşının  hazırladığı "satılır" tablosunda yazılanları oxumaq üçün sıraya düzülüb.

ABŞ-ın Oregon əyalətində yaşayan 37 yaşındakı Elle Zober 19 illik həyat yoldaşının onu universitet tələbəsi ilə aldatdığını öyrəndikdə dəliyə dönüb.

Yoldaşıyla birlikdə yaşadıqları evi vaxt itirmədən satışa çıxaran Zober hisslərini "satılır" tablosuna yazıb.

Xüsusilə qonşularının diqqətini çəkən tabloda bunlar yazılıb:

"Həyat yoldaşım məni 22 yaşlı bir qadın üçün tərk etdi. Bu ev özünü alçaldılmış və pis hiss edən subay sahibi tərəfindən satışa çıxarılır. Evim eşqbaz kişilərə satılmayacak".

İngilis "Daily Mail" qəzetinin xəbərinə görə, 2 uşaq anası Zober tablonu asdıqdan sonra  insanlardan çox maraqlı təkliflər aldığını söyləyib: "Tablo əslində anamın fikriydi. Mən yalnız yazıları bir az dəyişdirdim. Evin satılması qəribə bir vəziyyətə çevrildi. Sevgi etirafları almağa başladım".

Tural QABİLOĞLU    

Sizin Reklam Yeriniz